Bank Of Baku

Azərbaycan İslam Partiyasının Baş Məclisinin növbədənkənar yığıncağının vaxtı müəyyənləşib

Azərbaycan İslam Partiyasının Baş Məclisinin növbədənkənar yığıncağının vaxtı müəyyənləşib
# 02 may 2011 12:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan İslam Partiyasının (AİP) Baş Məclisinin növbədənkənar yığıncağının vaxtı müəyyənləşib. Partiyanın mətbuat katibi Hacı Akif Heydərlinin APA-ya verdiyi məlumata görə, AİP-in növbədənkənar Baş Məclisinin yığıncağı mayın 8-də yeni qərargahda keçiriləcək. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, beynəlxalq aləmdə baş verən hadisələr, həmçinin AİP rəhbərliyinin və funksionerlərinin həbsi ilə bağlı qurumun yeni strukturunun möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq. AİP kütləvi aksiya keçirməklə bağlı qərarını da açıqlayacaq.
Qeyd edək ki, AİP-nın Nərimanov rayon ərazisində yerləşən qərargahında 2010-cu il yanvarın 10-da hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb. Bundan sonra partiya həmin ünvanda fəaliyyətini dayandırıb. Partiya bundan sonra Bakının Yasamal rayonu Əli bəy Hüseynzadə küçəsi 40 ünvanında fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR