Bank Of Baku

Müsavat və AXCP etiraz bəyanatı yayıb

Müsavat və AXCP etiraz bəyanatı yayıb
# 02 may 2011 14:10 (UTC +04:00)
Bakı-APA. Müsavat Partiyası bu il aprelin 2-də keçirilmiş mitinqlə bağlı başlanmış cinayət işinə etiraz olaraq bəyanat yayıb. Partiyadan APA-ya daxil olan bəyanatda bildirilib ki, mitinqdən sonra Arif Hacılı başda olmaqla barələrində cinayət işi qaldırılmış 13 nəfər hələ də qanunsuz olaraq həbsdə saxlanılır.

Məlumatda bildirilib ki, hər gün onlarla adam istintaqa cəlb edilir. Bəyanatda qadınların istintaqa cəlb olunmasından narahatlıq da ifadə olunub.

Müsavat Səbail rayon məhkəməsinin qərarı ilə partiya qərargahında axtarış aparılmasından, bir neçə gün əvvəl partiyanın Qubadlı rayon təşkilatının üzvü Nurlan Əliyevin 7 sutka həbs cəzası alması, tanınmış vəkil, hazırda 15 sutka həbs cəzası çəkən Vidadi İsgəndərlinin bu gün yenidən Ağır Cinayətlərə dair İstintaq İdarəsinə aparılaraq haqqında cinayət işi qaldırılması və s məsələlərə etirazını bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası da bəyanat yayaraq, fəal üzvlərinə təzyiqlər edildiyini bildirib.

Partiya Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmli, Sabirabad şöbəsinin fəalı Sahib Rüstəmli, Yardımlı şöbəsinin sədri Gülbala Əhmədli, Şirvan şöbəsindən Ali Məclis üzvü Rəşad Həsənovun da siyasi əqidələrinə görə işdən çıxarıldıqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR