Bank Of Baku

AXCP sədrinin müavini: “Aksiya xatirinə aksiya keçirmək olmaz”

AXCP sədrinin müavini: “Aksiya xatirinə aksiya keçirmək olmaz”
# 02 may 2011 14:12 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “AXCP-də aksiyaların keçirilməsi ilə bağlı hər hansı tərəddüd, fikir ayrılığı yoxdur”. Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib.

O bildirib ki, AXCP Rəyasət Heyətinin sonuncu iclasında mitinqlərin keçirilməsilə bağlı müzakirələr aparılıb. İclasda aksiyaların daha yüksək səviyyədə və davamlı keçirilməsi ilə bağlı qərar qəbul olunub: “Həm də bildirilib ki, İctimai Palatanın ayırdığı nümayəndə heyətinin Bakı şəhər İcra Hakimiyyəti ilə aparacağı danışıqların nəticəsi bəlli olandan sonra Koordinasiya Şurasına səlahiyyət verilib ki, növbəti aksiyanın zamanını təyin etsin. Koordinasiya Şurası nə vaxt qərar qəbul edəcək, o zaman AXCP də bu prosesdə ən fəal şəkildə iştirak edəcək”.

Aksiyaların gecikdirilməsi barədə tənqidi fikirlərə də münasibət bildirən F. Qəhrəmanlı söyləyib ki, aksiyaların arasında intervalın nə qədər olması barədə heç bir qayda yoxdur: “Aksiyanın təsiri onun necə keçirilməsindən asılıdır. Aksiyaları yüksək səviyyədə keçirmək üçün isə ona yaxşı hazırlaşmaq lazımdır. Aksiya xatirinə aksiya keçirmək olmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR