Bank Of Baku

Parlamentin mədəniyyət komitəsinin iclası keçirilib

Parlamentin mədəniyyət komitəsinin iclası keçirilib
# 02 may 2011 14:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin mədəniyyət komitəsinin iclası keçirilib. Bu barədə APA-ya Milli Məclisdən məlumat verilib.

İclasda «Folklor nümunələrinin hüquqi qorunması haqqında» qanuna dəyişikliklər və «Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında» yeni qanun layihəsinə baxılıb. «Folklor nümunələrinin hüquqi qorunması haqqında» qanuna dəyişikliklər layihəsi parlamentin plenar iclasında müzakirəyə, digər qanun layihəsinin isə rəylər alınması üçün müvafiq qurumlara göndərilməsi tövsiyyə olunub.

«Folklor nümunələrinin hüquqi qorunması haqqında» qanuna təklif olunan dəyişikliklərə əsasən xarici dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi və haqqı ödənilməklə istifadə edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR