Bank Of Baku

Bitərəf Elnur İsrafilovun apellyasiya şikayəti təmin olunmayıb

Bitərəf Elnur İsrafilovun apellyasiya şikayəti təmin olunmayıb
# 02 may 2011 14:40 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə – APA. Bakı Apellyasiya Məhkəməsində İctimai Palatanın (İP) aprelin 2-də keçirdiyi aksiya zamanı həbs olunan bitərəf Elnur İsrafilov barəsində başlanan cinayət işinin əsassız hesab edilməsi ilə bağlı verdiyi apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. Elnur İsrafilovun vəkili Yalçın İmanovun APA-ya verdiyi xəbərə görə, məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, aprelin 2-də baş verənlərlə bağlı Elnur İsrafilova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham elan olunub. O, aprelin 25-də saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR