Bank Of Baku

KXCP qurultay keçirilməsinə yer ayırmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək

KXCP qurultay keçirilməsinə yer ayırmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək
# 02 may 2011 16:44 (UTC +04:00)
Bakı – APA. Bu gün Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

İdarə Heyəti KXCP fəalı Cavid Mehrəliyevin BDU-dan xaric olunması və onun təkrar həbs olunma cəhdini pisləyən bəyanat qəbul edib.

Toplantıda rayon (şəhər) şöbələrində növbəti konfransların keçirilməsi, KXCP II Qurultayına hazırlığın vəziyyəti müzakirə edilib, keçirilmiş konfranslar haqda məlumatlar dinlənilib.

İdarə Heyəti KXCP II Qurultayının keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə yer üçün müraciət edilməsini qərara alıb.

Bundan başqa, qurultay nümayəndələrinin mandatlarının nümunələrini hazırlamaq haqda qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR