Bank Of Baku

Müsavat Partiyasının funksioneri: “İctimai Palatanın təcili sessiyası çağırılmalıdır”

Müsavat Partiyasının funksioneri: “İctimai Palatanın təcili sessiyası çağırılmalıdır”
# 03 may 2011 12:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Müsavat Partiyasının, xüsusən partiyanın Gənclər Təşkilatının mitinq məsələsi ilə bağlı mövqeyi aydındır. Biz mitinqlərin davam etdirilməsinin, konkret mitinq gününün təyin olunmasının tərəfdarıyıq”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini, partiyanın Məclis üzvü Səxavət Soltanlı deyib. Bununla yanaşı, o bildirib ki, Müsavat Partiyası, həmçinin Gənclər Təşkilatı birliyə xələl gəlməməsi üçün İctimai Palatanın qərarını dəstəkləməlidir: “Müsavat Gənclər Təşkilatı olaraq hesab edirik ki, tez bir zamanda İctimai Palatanın sessiyası çağırılmalı və mayın 15-nə, yaxud ondan da tez vaxta mitinq təyin edilməlidir. Biz bunun tərəfdarıyıq, bunu təklif edirik. Ancaq İctimai Palatanın aprelin 29-da keçirilmiş sessiyada qəbul olunan qərara da hörmətlə yanaşırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR