Fazil Mustafa: “Parlament təkpartiyalı idarəetmə formasından imtina etməlidir” - MÜSAHİBƏ
- Fazil bəy, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinə dair təkliflər hazırlayıb Prezident Administrasiyasına təqdim etdiyinizi bildirmişdiniz. Cavab aldınızmı?
- Biz, parlamentdə təmsil olunan 6 siyasi partiya təmsilçisi, məktubla prezidentə müraciət etmişik. Sonradan mənim aldığım qeyri-rəsmi məlumata görə, müraciətə müsbət yanaşılıb və bu istiqamətdə müəyyən addımların atılması nəzərdə tutulur. Amma hələ ki konkret hansı addımların atıldığı bəlli deyil. Prinsip olaraq partiyaların rolunun gücləndirilməsi, maliyyələşməsi məsələsi müsbət, həlli vacib məsələlərdən biri kimi qiymətləndirilir. Ona görə də biz “Siyasi partiyalar haqqında” qanunun yenidən işlənilib hazırlanması məsələsini təkrar gündəmə gətiririk. Bununla bağlı hazırladığımız layihəni Prezident Administrasiyasına təqdim etdik. Ümid edirəm ki, bu qanuna əlavə və dəyişikliklər edilərsə, bunlar daha demokratik dəyişikliklər olacaq və bütün partiyaları razı salacaq. Burada təkcə maliyyələşmə məsələsindən deyil, partiyaların cəmiyyətdə rolunun artırılmasından söhbət gedir. Siyasi sistemin islahatları ilə bağlı prezidentin də açıqlamaları var. Bu açıqlamaların reallaşması da “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərdən keçir.
- Təkliflərdə nələr əksini tapıb? Detalları açıqlaya bilərsinizmi?
- Parlamentə daxil olan, eləcə də parlamentdən kənar, seçkilərdə iştirak edib yer ala bilməyən partiyaların maliyyələşməsi nəzərdə tutulur. Elə bir mexanizm nəzərdə tutulur ki, partiyalar sabah hər hansı bir ittihamla qarşı-qarşıya qalmayacaqlar. Büdcə vəsaitinin şəffaf, partiyanın inkişafına xərclənməsi nəzərdə tutulur, hər hansı şəkildə xarici ölkə ilə əlaqədə ittiham olunmaq kimi məsələlər gündəmdən qalxır. Digər tərəfdən, parlamentdə müəyyən dərəcədə fraksiyaların formalaşdırılması, müxalifətin ayrıca layihə ilə çıxış etmək imkanlarının yaranması və s. məsələlər nəzərdə tutulur. Təbii ki, bu məsələlər səs çoxluğu ilə qəbul olunduğuna görə hakim partiyanın iradəsi əsas rol oynayacaq. Ümid edirəm ki, müxalifət partiyalarının təklifləri də nəzərə alınacaq. Bizim təkliflərimiz kifayət qədər demokratik və islahatlara təkan verə biləcək təkliflərdir.
- Belə çıxır ki, siz yalnız parlamentdə təmsil olunan siyasi partiyaların deyil, seçkilərdə iştirak edib yer tuta bilməyən partiyaların da büdcədən maliyyələşməsini təklif edirsiniz.
- Partiyaların keyfiyyətcə hansının hansından üstün olduğunu, kimin müxalifəti təmsil etdiyini söyləmək çətindir. Bu gün Azərbaycan müxalifətinin özündə də dəyərlər alt-üst olub, itib-batıb. Kimin nüfuzunun nə qədər olduğunu müəyyənləşdirmək çətinləşib. Ona görə də biz təklif etdik ki, sonuncu parlament seçkilərində müəyyən miqdarda, məsələn, 20-30 min səs toplamış partiyaların maliyyələşmə subyekti kimi tanınması zəruri sayılsın. Biz bunu təklif olaraq vermişik və yenə deyirəm ki, qəbulu bizdən asılı məsələ deyil. Düşünürəm ki, siyasi partiyaların maliyyələşməsi bir ənənənin başlanğıcıdır. Əsas odur ki, bu qəbul olunsun, dövlət partiyalara qayğı göstərsin. Normal ölkələrdə siyasi partiyalarla dövlət rəhbərliyi arasında tez-tez görüşlər keçirilir, müxalifətin fikri dinlənilir. Bu gün Qarabağ məsələsini Azərbaycan hökuməti Amerika ilə, İsraillə, başqa ölkələrlə müzakirə edir, amma müxalifətlə yox. Daxili həmrəylik yaratmaq üçün bunu etmək lazımdır.
- Dövlət büdcəsindən maliyyələşmə partiyaların mövqeyini dəyişməyə vadar etməyəcək ki? Məsələn, QHT-lərin maliyyələşməsində bu, özünü əyani olaraq göstərdi.
- Bu, ona gətirib çıxarmayacaq. Təkliflərin əsas mahiyyəti odur ki, əvvəl-axır partiyalar seçki yolu ilə bir-birini əvəzləyir. Hakimiyyətə gələn partiyanın müxalifətdə olduğu müddətdə imkansız olması sonradan dövlətin təhlükəsizliyi üçün problem yaradır. Partiyaların maliyyələşməsi ona görə vacibdir ki, siyasi müxalifət özünü gələcəkdə hakimiyyətə hazırlaya bilsin, keyfiyyətcə, kadrlarla təminat baxımından daha yüksək mərhələyə çıxa bilsin. Bu olmadıqda təsadüfü xarakterli siyasi dəyişikliklər baş verir və ölkənin təhlükəsizliyinə problem yaranır. Vətəndaş cəmiyyətinin sistemi başqadır və QHT-lər dövlətin edə bilmədiyi problemi həll etməyə çalışan qurumlardır.
- Təkliflər hazırlanarkən hansı ölkələrin təcrübəsini əsas götürmüsünüz?
- Biz bir sıra ölkələrin müvafiq təcrübəsini öyrəndik. Bu sırada İtaliya, Almaniya, Finlandiya və s. ölkələrin adını çəkə bilərəm. Eyni zamanda ATƏT-in tövsiyələrindən də istifadə olundu. Hesab edirəm ki, bizdə artıq bununla bağlı aydın mövqe var. Sadəcə olaraq, növbəti addım hakimiyyətdən olmalıdır.
- Müxalifətdən olan deputatların parlamentin rəhbər strukturlarında təmsil olunması ilə bağlı dəfələrlə təkliflər səsləndirmisiniz. Bu məsələlər “Siyasi partiyalar haqqında” qanuna hazırladığınız əlavə və dəyişikliklərdə əksini tapıbmı?
- Mən Milli Məclisdə bu məsələni dəfələrlə qaldırmışam ki, parlament təkpartiyalı idarəetmə formasından imtina etməlidir. Azərbaycanda avtoritarizmin təzahürləri özünü əsasən Milli Məclisdə göstərir. Çünki Milli Məclis bir partiyadan ibarət kimi görünür. Hətta ərəb ölkələrində belə bizim Milli Məclis kimi parlament formalaşdırılmır. Parlamentin nə rəhbərliyində, nə komitə sədrləri və sədr müavinləri postunda, hətta parlamentlərarası dostluq qruplarının rəhbərliyində belə müxalifətdən olan deputatların təmsilçiliyi lazımi səviyyədə nəzərdə tutulmur. Burada nə təcrübə, nə də digər meyarlar nəzərə alınmır. Nə İlyas İsmayılovun, nə mənim, nə də başqa bir müxalifət nümayəndəsinin adı hər hansı bir ölkənin, hətta Maldiv adalarının parlamenti ilə dostluq qrupunun rəhbərliyində yoxdur. Bu parlamentdə olanların əksəriyyəti İlyas İsmayılovdan daha çox təcrübəlidir? Bu yanaşma doğru deyil və demokratik idarəetmə sayıla bilməz. Dünyanın demokratik sayıla bilən heç bir ölkəsində belə idarəçilik forması yoxdur.
- Müxalifətin son aksiyaları ilə bağlı fikrlərinizi bilmək istərdik.
- Mən bu aksiyaları müxalifətin hüququ hesab edirəm. Düşünürəm ki, hakimiyyət paytaxtın 11 rayonunda aksiyalar üçün yer ayırmalıdır. Müxalifət də israr etməməlidir ki, bu yerlər Azadlıq meydanı və ya harasa olmalıdır. On bir rayonda qanuna uyğun, əhalinin gediş-gəlişinə mane olmayan, ictimai təhlükəsizlik baxımından əlverişli yerlər ayrılmalı və şərait yaradılmalıdır. Çölün düzündə yer verilməsi cığallıqdır. Mən müxalifətin bütövlükdə hakimiyyəti dialoqa çəkməsinin tərəfdarıyam. Çünki hər hansı bir şəkildə zorakılıq, təzyiq formaları doğru deyil. Bu, islahat istəyən qüvvələrin mövqeyini zəiflədir. Müxalifətin çalışdığı birinci məsələ o olmalıdır ki, yuxarıdan hakimiyyət demokratik islahatlara başlasın. Buna dəstək verilməlidir. Müxalifət qarışıqlıq mühitinin onun özünə ziyan vuracağını da anlamalıdır. Bu baxımdan da mitinqlər cəmiyyətə və müxalifətin özünə ciddi fayda vermədi.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
Paşinyan: Ermənistana Rusiya hərbi bazası lazım deyil, onlar istəyirlər, qoy sabah çıxarsınlar
Rusiya Qara dənizdə xarici gəmiyə dron zərbəsi endirib: kapitan ölüb, yaralılar var
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
Ermənistanda zəlzələ olub
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısı keçirilib - FOTO - YENİLƏNİB
Paşinyan rus dili kursuna gedir
Kobaxidze: Gürcüstan İrana qarşı ikitərəfli sanksiyalar tətbiq etmir
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmədə qərar verilib
Sabahın hava proqnozu açıqlanıb
Nazir: Gürcüstan Azərbaycanla enerji əməkdaşlığını gücləndirir
FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Azərbaycanda məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib
DİN-ə yeni vəzifə həvalə olunub
Zelenski: Ukrayna ordusu Rostovda hərbi aerodromda 3 təyyarə və 3 helikopteri məhv edib
Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər
Lənkəranda avtomobilinin nömrəsini lentlə gizlədən sürücü saxlanılıb - FOTO
Bakıda günəş elektrik stansiyası və Batareya Enerji Saxlanc Sistemi tikiniləcək
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Hacıqabulda saxlanılan şəxsin Bakıda motosiklet oğurluqları da aşkarlanıb
İşğala göz yuman beynəlxalq hüquq: Azərbaycan 30 ildən sonra ədaləti özü bərpa etdi - TƏHLİL
Zərgərlik məmulatlarının damğalanması ilə bağlı yeni standart hazırlanır
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
“Bank of Baku” subordinasiya borc öhdəlikləri üzrə istiqraz buraxa bilər
ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb
Mərkəzi Bank maliyyə qruplarına konsolidasiya olunmuş nəzarət edəcək
“Dövlət satınalmaları haqqında” qanunun şamil edilməyəcəyi malların əhatə dairəsi genişlənir
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
Mercedes-Benz-in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Prezident: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
Prezident TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat olub
Metronun “Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir - FOTO
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb
Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb
Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub
Azərbaycan əhalisinin sayı açıqlanıb
AZAL Qazaxıstanda altıncı istiqaməti-Aktöbəyə ilk reysini həyata keçirib
Zaqatalada kişi meyiti aşkarlanıb
Bəzi yerlərə yağış yağıb, duman müşahidə edilir - FAKTİKİ HAVA
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
Ağdamda açıq sahədə yanğın baş verib
Ağcabədidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - VİDEO
Neftin qiyməti 106 dollardan aşağı enib
Yexlaxda 91 yaşlı qadın eyvandan yıxılaraq ölüb