Bank Of Baku

İctimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib

İctimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib
# 03 may 2011 16:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının növbəti iclası keçirilib.

Koordinasiya Şurasının üzvü Pənah Hüseynin APA-ya verdiyi məlumata görə, iclasda İP-in aprelin 29-da keçirilən sessiyasında verilən qərarların icrası məsələsi müzakirə olunub, mayın 6-da qurumun İqtisadiyyat Komissiyasının iclasının keçirilməsi qərara alınıb.

Həmçinin, İP üzvü, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin saxlandığı təcridxanada həyatı üçün təhlükə yaranmasına dair bəyanat, o cümlədən tələbələrin universitetlərdən çıxarılması və ya sıxışdırılması ilə əlaqədar Avropa Birliyinə müraciət qəbul olunub. İclasda bir müddət öncə Gəncə şəhərində saxlanılan ruhanilərin aclıq aksiyası keçirməsi ilə bağlı narahatlıq ifadə edən bəyanat da verilib.

P. Hüseyn onu da deyib ki, şuranın iclasında İP-in mitinq keçirməsi ilə bağlı məsələ gündəliyə salınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR