Bank Of Baku

Dövlət başçısı İlham Əliyev Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə sərəncam imzalayıb

Dövlət başçısı İlham Əliyev Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə sərəncam imzalayıb
# 03 may 2011 16:52 (UTC +04:00)
Bakı-APA. Dövlət başçısı İlham Əliyev Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə sərəncam imzalayıb. APA-nın “AzərTAC”a istinadən verdiyi məlumata görə, Xüsusi Komissiyanın tərkibinə aşağıdakı şəxslər daxildir:

Komissiyanın sədri

Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri

İsmət Abasov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Mahmud Kərimov – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Qərib Məmmədov – Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
Azər Əmiraslanov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri
Rüfət Əsədov – Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar-sənaye şöbəsinin müdiri

Xüsusi Komissiyaya Azərbaycan Respublikasında aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR