Bank Of Baku

“Dağıdılmış mədəniyyət beşiyi - Şuşa” sənədli filminin təqdimatı keçirilib

“Dağıdılmış mədəniyyət beşiyi - Şuşa” sənədli filminin təqdimatı keçirilib
# 04 may 2011 09:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağın Azərbaycan İcmasının və “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin Şuşa şəhəri haqqında hazırladığı “Dağıdılmış mədəniyyət beşiyi - Şuşa” sənədli filminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çəkilmiş filmdə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşanın Azərbaycan, Şərq və dünya mədəniyyətinə verdiyi töhfələr, rus imperiyası tərəfindən Qarabağın erməniləşdirilməsi siyasəti, Ermənistanın işğalı zamanı Şuşada törədilən vandalizm hərəkətləri, Azərbaycana məxsus mədəni, tarixi, dini abidələrin və qəbiristanlıqların dağıdılması halları, faktlar, sənədlər, görüntülər əksini tapıb.

Təqdimatda bildirilib ki, filmin baş məsləhətçisi siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva, rejissoru Etibar Məmmədov, ssenari müəllifi Büllur Cavadqızı, redaktoru Kəmalə Paşayeva, elmi rəyçisi tarix elmləri doktoru Musa Qasımovdur.

Tədbirdə çıxış edən Kəmalə Paşayeva bildirib ki, filmin xarici dillərə çevrilməsi üzərində iş gedir. Mayın 8-də Türkiyənin paytaxtı Ankarada və Gürcüstanda sənədli filmin təqdimatı keçiriləcək.

Təqdimatda Şura Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, ombudsman Elmira Süleymanova, Milli Məclisin deputatları Qənirə Paşayeva, Zahid Oruc, Elman Məmmədov, Yaqub Mahmudov, Vahid Əhmədov və başqaları iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR