Bank Of Baku

AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalan 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalan 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
# 04 may 2011 10:56 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Sumqayıt Şəhər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Təşkilatının üzvü Cabbar Savalanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə APA-ya vəkil Anar Qasımov məlumat verib. Prosesdə Cabbar Savalanın vəkili çıxış edərək, ona bəraət verilməsini xahiş edib. Müdafiə tərəfinin çıxışdan sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan olunub. Məhkəmənin hökmü ilə Cabbar Savalan 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti tarix fakültəsinin II kurs tələbəsi, AXCP Gənclər Komitəsinin üzvü olan C. Savalan bu il fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Fevralın 7-də isə barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib və 3 saylı İstintaq Təcridxanasına köçürülüb.

Xatırladaq ki, ötən gün keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Cabbar Savalanın 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR