Bank Of Baku

AXCP sədrinin müavini: “İctimai Palatanın mitinqlə bağlı qərarına yenidən baxılması gözlənilmir”

AXCP sədrinin müavini: “İctimai Palatanın mitinqlə bağlı qərarına yenidən baxılması gözlənilmir”
# 04 may 2011 10:58 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Mitinq məsələsi İctimai Palatada müzakirə olunub və müvafiq qərar qəbul edilib. Təbii ki, hər kəsin bu qərarla razılaşıb-razılaşmamaq haqqı var. Görünür, kimlərsə o haqdan istifadə edərək öz fikirlərini bildirir, təqdim edirlər”. Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini, İctimai Palatanın (İP) üzvü Fuad Qəhrəmanlı Müsavat Partiyasının Bakı, Sumqayıt şəhər, Abşeron və ərazisi işğal olunmuş rayon təşkilatları sədrlərinin Şurası İctimai Palatanın Koordinasiya Şurasına etdiyi müraciətə münasibət bildirərkən deyib. O, İctimai Palatanın mitinq məsələsini müzakirə edərək müvafiq qərar qəbul etdiyini bildirib: “Şərait və şərtlərdə bir dəyişiklik olmadığına görə, İctimai Palatanın mitinqlə bağlı müvafiq qərarına yenidən baxılması gözlənilmir”

Qeyd edək ki, Müsavat Partiyasının Bakı, Sumqayıt şəhər, Abşeron və ərazisi işğal olunmuş rayon təşkilatları sədrlərinin Şurası İctimai Palatanın Koordinasiya Şurasına etdiyi müraciətdə İP-in növbəti sessiyasının çağırılması və sessiyanın toplantısında mayın 15-nə mitinq təyin olunması barədə qərarın verilməsi xahiş edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR