Bank Of Baku

QAT: İran öz mövqeyini dəqiqləşdirməlidir

QAT: İran öz mövqeyini dəqiqləşdirməlidir
# 04 may 2011 12:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) İran müdafiə nazirinin müavini Rza Müzzərinianın İrəvana səfəri ilə əlaqədar bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda İran müdafiə nazirinin müavininin Ermənistana səfəri və işğalçı ölkənin terrorçu müdafiə naziri Seyran Ohanyanla görüşməsi pislənib.

Bəyanatda İranın Azərbaycandakı səfirliyindən məsələyə aydınlıq gətirməsi tələb olunur: “Azərbaycan cəmiyyəti İran-Ermənistan münasibətlərinə çox həssaslıqla yanaşır. İndi isə hərbi sahədə əməkdaşlıq məsələsinin ortaya çıxması Azərbaycan-İran münasibətlərinə ağır zərbə vura bilər”.

Bəyanatda işğalçı Ermənistanla İranın hərbi sahədə əməkdaşlığının məntiqsizliyi də vurğulanıb: “İran bu addımı atarsa, bu, Azərbaycan cəmiyyətində təcavüzkar Ermənistanın dəstəklənməsi kimi qiymətləndiriləcək. Biz hesab edirik ki, İran hakimiyyəti öz mövqeyini dəqiqləşdirməlidir: İşğalçı Ermənistanın yanındadırlar, yoxsa Azərbaycanın haqq işini dəstəkləyir?”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR