Bank Of Baku

Timuçin Əfəndiyevin “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı kitabının təqdimatı keçirilib

Timuçin Əfəndiyevin “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı kitabının təqdimatı keçirilib
# 04 may 2011 14:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Bakıdakı Atatürk Mərkəzində Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyevin “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov kitabı yüksək qiymətləndirib. Ədəbiyyatşünas Nizaməddin Şəmsizadə deyib ki, müəllif H. Əliyevin təkcə Azərbaycan və dünya tarixindəki rolundan deyil, milli-mənəvi dəyərlərin qorunmasında gördüyü işlərdən də geniş söhbət açıb, bunu təhlil etməyə çalışıb. O, kitabın gələcək tədqiqatlar üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib.
Deputat Mübariz Qurbanlı bildirib ki, kitab H. Əliyevin mədəniyyətlə bağlı fikirlərinin, bu sahədə gördüyü işlərin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov kitabda Heydər Əliyevin azərbaycançılıq ideyasının təhlil olunduğunu vurğulayıb.
Millət vəkili Fəttah Heydərov isə qeyd edib ki, H. Əliyev Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasında mühüm və danılmaz rol oynayıb. Onun sözlərinə görə, H. Əliyev 1969-cu ildə ölkə rəhbərliyinə gəldikdən sonra hər sahəyə olduğu kimi, mədəniyyət sahəsinə də böyük diqqət göstərib: “Onun dövründə Azərbaycanda mədəniyyət sahəsində fəaliyyət göstərən bir sıra şəxslər SSRİ səviyyəsində tanıdılıb, fəxri adlara layiq görülüb. O, mütəmadi olaraq mədəniyyət tədbirlərində şəxsən iştirak edib, yaradıcı şəxslərlə iş başında görüşüb, onların fəaliyyətini qiymətləndirib”.
Tədbirdə deputat Ziyad Səmədzadə, yazıçı Aqşin Babayev, xalq artisti Ramiz Əzizbəyli, xalq artisti Amaliya Pənahova, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və digər şəxslər də çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR