Bank Of Baku

KXCP, VİP və ALP rəhbərlərinin görüşü keçirilib

KXCP, VİP və ALP rəhbərlərinin görüşü keçirilib
# 04 may 2011 14:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında KXCP sədri Mirmahmud Mirəlioğli, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında görüş keçirilib.

VİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi durum və müxalifətdaxili inteqrasiya təşəbbüslərinin perspektivi ətraflı müzakirə olunub. Tərəflər ölkədə köklü və real dəyişikliklərin həyata keçirilməsinin, eyni zamanda müxalifət qüvvələrinin bir araya gəlməsinin zəruriliyini bildiriblər. Müxalifətin mövcud durumu üzərində geniş dayanan partiya sədrləri əks siyasi düşərgənin yenidən toparlanması üçün təcili addımların atılmasına ehtiyac olduğunu önə çəkiblər. Qarşılıqlı razılaşmaya əsasən, görüşlərin davam etdirilməsi və təkliflərin müzakirə olunaraq dəyərləndirilməsi qərara alınıb.

Qeyd edək ki, adıçəkilən partiya sədrlərinin son həftələrdə reallaşan sayca üçüncü görüşüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR