Bank Of Baku

“Parlament Müxalifəti Qrupu” Azərbaycandakı son ictimai-siyasi proseslərlə bağlı bəyanat yayıb

“Parlament Müxalifəti Qrupu” Azərbaycandakı son ictimai-siyasi proseslərlə bağlı bəyanat yayıb
# 04 may 2011 16:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Parlament Müxalifəti Qrupu” Azərbaycandakı son ictimai-siyasi proseslərlə bağlı bəyanat qəbul edib.

Vətəndaş Həmrəyli Partiyasının (VHP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, Azərbaycan cəlb edildiyi müharibə və torpaqlarının işğalı vəziyyətində hər hansı qarşıdurma, inqilab və vətəndaş itaətsizliyi cəhdləri ölkəni son dərəcə çətin vəziyyətə sala və əldə olunmuş iqtisadi uğurların nəticələrini heçə endirə bilər: “Biz, Azərbaycan Parlamentində təmsil olunan müxalifət partiyaları bu reallığı dəfələrlə diqqətə çatdırmış və ərəb inqilablarının ölkəmizə süni yollarla gətirilməsi təşəbbüslərinin fəsadları barədə xəbərdarlıqlar etmiş, bu cəhdləri pisləmişik. Həmçinin qeyd etməyi zəruri sayırıq ki, Azərbaycan hakimiyyəti vətəndaşların sərbəst toplaşma azadlığına hörmət etməli, islahatlar həyata keçirməli, qeyri-qanuni və zorakı həbslərdən çəkinməlidir”.

Bəyanat müəllifləri iqtisadi-siyasi islahatların həyata keçirilməsi üçün qarşılıqlı dialoqu və fikir müxtəlifliyinin dəyirmi masada çözülməsinin vacibliyini diqqətə çatdırıblar.

Qeyd edək ki, bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Milli Məclisdə təmsil olunan 4 partiya sədrinin görüşü keçirilib. Görüşdə VHP sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev və Ədalət Partiyasının sədri İlyas İsmayılov iştirak edib. Görüşün nəticəsi olaraq isə “Parlament Müxalifəti Qrupu” yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR