Bank Of Baku

“Azərbaycanın dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin və Heydər Əliyev şəxsiyyətinin rolu” mövzusunda elmi-nəzəri konfrans keçirilib

“Azərbaycanın dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin və Heydər Əliyev şəxsiyyətinin rolu” mövzusunda elmi-nəzəri konfrans keçirilib
# 05 may 2011 08:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 93 illiyi münasibətilə “Azərbaycanın dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin və Heydər Əliyev şəxsiyyətinin rolu” mövzusunda elmi-nəzəri konfrans keçirilib. APA-nın məlumatına görə, institutun direktoru, Milli Məclisin deputatı Aytən Məmmədova Heydər Əliyevin Azərbaycan xalqının tarixində oynadığı mühüm rola və şərqdə ilk demokratik cümhuriyyət kimi tanınan AXC-nin fəaliyyətinə toxunaraq bildirib ki, iki ilə yaxın mövcud olan milli müstəqil dövlət 1920-ci ilin aprelində Rusiya tərəfindən devrilsə də, sonradan yenidən bərpa edilə bildi: “Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevdir”.

A. Mustafayeva Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı istiqamətində apardığı fəaliyyətdən danışıb. Sonra Heydər Əliyevin müasir Azərbaycan dövlətinin quruculuğundakı roluna həsr olunan film nümayiş etdirilib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini İradə Hüseynova “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, professor Anar İsgəndərov “Müsəlman şərqində ilk demokratik cümhuriyyət”, İnsan Hüquqları İnstitutunun milli təhlükəsizlik və erməni araşdırmaları şöbəsinin müdiri Rəcəb Rəhimli “Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti haqqında” mövzularında çıxış ediblər.

Tədbirdə iştirak edən Milli Məclisin deputatları, müvafiq nazirlik və komitələrin nümayəndələri, alimlər mövzu ilə bağlı çıxış və müzakirələr aparıblar, mütəxəssislər öz fikir və rəylərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR