Bank Of Baku

AYP, ALP və VİP sədrləri görüşüblər

AYP, ALP və VİP sədrləri görüşüblər
# 05 may 2011 11:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında son parlament seçkilərində yaradılmış “İnsan Naminə” seçki blokunun təsisçiləri olan Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mais Gülalıyev, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan və VİP sədri Əli Əliyev arasında görüş keçirilib.

VİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkədə yaranmış ümumi vəziyyət və müxalifətdaxili inteqrasiya prosesinin mümkün istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Müxalifətdaxili təmərküzləşmənin vacibliyi məsələsində həmrəy olan AYP, ALP və VİP sədrləri qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinə tərəfdar olublar. Müzakirələrin gedişində bu üç partiyanın birgə fəaliyyətinin əlaqələndirilməsi, birgə təbliğat vasitələrinin yaradılması və AYP-nin beynəlxalq əlaqələrindən faydalı əməkdaşlıq naminə istifadə olunması kimi məsələlərə də toxunulub.

Görüşün sonunda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR