Bank Of Baku

Azərbaycan prezidenti Sabirabadın Qasımbəyli kəndində əsaslı təmir edilmiş tam orta məktəbin binası ilə tanış olub

Azərbaycan prezidenti Sabirabadın Qasımbəyli kəndində əsaslı təmir edilmiş tam orta məktəbin binası ilə tanış olub
# 05 may 2011 12:41 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev mayın 5-də Sabirabad rayonunun Qasımbəyli kəndində əsaslı təmir edilmiş Hilal Ənnağıyev adına tam orta məktəbin binası ilə tanış olub. APA-nın məlumatına görə, bildirilib ki, ötən ilin mayında Kür çayının daşması ilə yaranan təbii fəlakət nəticəsində Qasımbəyli kəndinə külli miqdarda ziyan dəyib, demək olar ki, bütün infrastruktur dağılıb. Kənd məktəbi də tamamilə yararsız vəziyyətə düşüb. Dövlət başçısının tapşırığına əsasən məktəbin binası qısa müddətdə müasir tələblər səviyyəsində yenidən qurulub istifadəyə verilib.

246 şagird yeri olan binada təlim-tədris üçün bütün şərait yaradılıb, sinif otaqları zəruri avadanlıqla təchiz edilib. Qeyd olunub ki, rayonda təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə bir sıra digər tədbirlər də həyata keçirilir.

Sabirabadın Yuxarı-Axtaçı kəndində 240 şagird yerlik orta məktəb binası tikilir. Ulacalı, Mürsəlli, Bala Həşimxanlı kənd orta məktəblərində əsaslı təmir işləri başa çatdırılıb, Əsgərbəyli və Muradbəyli kənd məktəblərində isə yenidənqurma işləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR