Bank Of Baku

“Parlament kuboku – 2011” futbol turnirinin püşkatma mərasimi keçirilib

“Parlament kuboku – 2011” futbol turnirinin püşkatma mərasimi keçirilib
# 05 may 2011 13:11 (UTC +04:00)
APA-nın məlumatına görə, turnirə qatılan 12 dövlət qurumunun nümayəndələri ilə yanaşı, püşkatma mərasimində Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də iştirak edib.

Tədbirdə bildirilib ki, 12 müxtəlif dövlət qurumunun komandaları ikinci dəfədir Milli Məclisin təşəbbüsü ilə keçirilən turnirdə iştirakını təsdiq edib. Turnir mayın 11-də Bakı Dövlət Universitetinin idman kompleksində start götürəcək. Açılış mərasimində müxtəlif dövlət strukturlarının rəhbərlərinin iştirakı gözlənilir.

Daha sonra püşk atılıb. Püşklərə əsasən komandalar aşağıdakı formada qruplaşıb:

A qrupu

1. Milli Məclis
2. Konstitusiya Məhkəməsi
3. Xarici İşlər Nazirliyi

B qrupu

1. Prezident Administrasiyası
2. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
3. Ali Məhkəmə

C qrupu

1. Vergilər Nazirliyi
2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
3. Nəqliyyat Nazirliyi

D qrupu

1. Ədliyyə Nazirliyi
2. Səhiyyə Nazirliyi
3. İqtisadi İnkişaf Nazirliyi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR