Bank Of Baku

Azərbaycan prezidenti Kürün daşması nəticəsində Sabirabad rayonunun Qasımbəyli kəndində evləri yararsız vəziyyətə düşmüş sakinlər üçün tikilmiş yeni mənzillərlə tanış olub

Azərbaycan prezidenti Kürün daşması nəticəsində Sabirabad rayonunun Qasımbəyli kəndində evləri yararsız vəziyyətə düşmüş sakinlər üçün tikilmiş yeni mənzillərlə tanış olub
# 05 may 2011 13:54 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, təbii fəlakətin baş verdiyi bölgədə daşqınlar nəticəsində dağılmış evlərin əvəzinə yenilərinin tikilməsi, zərər çəkmiş binaların isə bərpa olunması istiqamətində işlər uğurla həyata keçirilir.

Prezident kənd sakini Bəxtiyar Abışovun evində olub. Bildirilib ki, təbii fəlakət nəticəsində, əsasən, çiy kərpicdən inşa edilən evlər dağılıb. Lakin inşaat işlərinin gedişində evlərini itirmiş insanlar üçün daha keyfiyyətli və bütün standartlar nəzərə alınaraq yeni evlərin tikintisinə xüsusi diqqətlə yanaşılıb. Əvvəlkilərlə müqayisədə yeni mənzillərdəki otaqların sayı daha çox və sahəsi genişdir.

Qeyd edilib ki, məişət əşyalarının sıradan çıxması nəzərə alınaraq mənzillər yeni avadanlıqlarla təchiz olunub. Qasımbəyli kəndində 74 ev tikilib ki, onlardan 55-i artıq istifadəyə verilib. Ümumilikdə isə Qasımbəyli də daxil olmaqla Sabirabadın Yuxarı Axtaçı, Muradbəyli, Əsgərbəyli kəndlərində 169 fərdi ev tikilib. Bu evlərin 85-i artıq istifadədir.

Prezidentin diqqətinə çatdırılıb ki, Kür və Araz çaylarının daşması nəticəsində dəymiş ziyanın aradan qaldırılması, dağılmış infrastrukturun bərpası demək olar ki, başa çatdırılıb. Zərər çəkənlərə 10 milyon manatadək kompensasiya ödənilib. Rayonun Kür çayı boyunca yerləşən kəndlərində bəndvurma və sahilbərkitmə işlərinin əsas mərhələsi başa çatdırılıb. Ümumilikdə bu il rayon ərazisində Kürün sağ və sol sahilləri boyunca 16 kilometr məsafədə mühafizə bəndinin təmiri və qayakəsmə işləri aparılıb.

Sabirabadın bir çox kəndində ümumilikdə 13 su keçidi və şlüzlər tikilib. Bununla da, gələcəkdə yarana biləcək problemlərin qarşısı alınıb, insanların təhlükəsizliyinin maksimum təmin olunması sahəsində ciddi işlər görülüb.

Ev sahibləri yüksək diqqət və qayğıya, onlar üçün inşa edilmiş geniş və yaraşıqlı evə görə prezidentə minnətdarlıqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR