Bank Of Baku

Bəxtiyar Hacıyevin məhkəməsində hərbi komissarlığın əməkdaşları ifadə veriblər

Bəxtiyar Hacıyevin məhkəməsində hərbi komissarlığın əməkdaşları ifadə veriblər
# 05 may 2011 15:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Gəncə şəhəri Nizami rayon Məhkəməsində deputatlığa sabiq namizəd Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bu barədə APA-ya B. Hacıyevin vəkili Elçin Namazov məlumat verib.

Məhkəmədə müdafiə tərəfi prosesin videoyazıya alınması barədə icazə istəsə də, hakim buna icazə verməyib. Hakim B. Hacıyevin şəxsi zaminliyə verilməsi barədə 20-yə yaxın şəxsin vəsatətini də rədd edib. Belə olduqda, B. Hacıyev məhkəmə istintaqında iştirakından imtina edib.

Prosesdə Nizami rayon Hərbi Komissarlığının əməkdaşları, həmçinin B. Hacıyevi döydüyü iddia edilən şəxslər ifadə verib.

Məhkəmə prosesi mayın 10-da çıxışlarla davam etdiriləcək. Vəkil B. Hacıyevin ona çıxış etməyi qadağan etdiyini də bildirib: “Bəxtiyar dedi ki, burada çıxış etməyin mənası yoxdur. Ona görə də mayın 10-dakı prosesdə dövlət ittihamçısı çıxış edəcək”.

Xatırladaq ki, bu il martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə B. Hacıyev barəsində bir aylıq həbs-qətimkan tədbiri seçilib. Onun haqqında Cinayət Məcəlləsinin 321.1 (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə yanvarın 24-də Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR