Bank Of Baku

Almaniyanın Azərbaycandakı səfiri YAP-ın sədr müavini ilə görüşüb

Almaniyanın Azərbaycandakı səfiri YAP-ın sədr müavini ilə görüşüb
# 05 may 2011 15:34 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov partiyanın mənzil-qərargahında Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Əhmədov Almaniya ilə Azərbaycan arasında siyasi, iqtisadi əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu və gələcəkdə ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Səfir isə iki ölkə arasındakı əlaqələrin sıx dostluq münasibətlərinə söykəndiyini qeyd edib, qarşılıqlı əməkdaşlıq münasibətlərinin gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR