Bank Of Baku

İqbal Ağazadə 28 may – Respublika Günü münasibətilə “Amnistiya haqqında” qanun qəbul edilməsini təklif edib

İqbal Ağazadə 28 may – Respublika Günü münasibətilə “Amnistiya haqqında” qanun qəbul edilməsini təklif edib
# 06 may 2011 10:01 (UTC +04:00)
APA-nın məlumatına görə, İ. Ağazadə qeyd edib ki, hazırda bu qanunun qəbul olunması kifayət qədər ehtiyac var və onlarla ailə bu gün bunu gözləyir: “Onlarla ailələr indi həmin gün münasibətilə amnistiya gözləyir. Ümid edirəm ki, cənab prezident öz qanunvericilik təşəbbüsü hüququndan istifadə edib bu gün ərəfəsində bu məsələni qaldıracaq”.

İ. Ağazadə amnistiyanın qəbul olunması zamanı 2 aprel mitinqlərində saxlanılan şəxslərin maddələrinin də bu sənədə daxil edilməsini xahiş edib. Millət vəkili həmçinin dövlət büdcəsinin müzakirəsinə qədər “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklərin qəbul edilməsi təklifini irəli sürüb.

Millət vəkili Siyavuş Novruzov isə deyib ki, «Amnistiya haqqında» qanun heç bir ciddi cinayət törətmiş şəxsə şamil edilmir: “Əgər bu gün hansısa jurnalist, hansısa siyasətçi xarici dövlətdən maliyyələşərək vətəninə xəyanət edirsə, bu, siyasi məhbus deyil, əsl cinayətkardır. Ona görə də onlar cəzalarını sonadək çəkməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR