Bank Of Baku

Yaqub Mahmudov: “Azərbaycan informasiya müharibəsində ermənilərə qalib gəlib”

Yaqub Mahmudov: “Azərbaycan informasiya müharibəsində ermənilərə qalib gəlib”
# 06 may 2011 10:04 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. “Azərbaycan informasiya müharibəsində ermənilərə qalib gəlib. Artıq onlar özlərini Cənubi Qafqazın ən qədim əhalisi hesab etmirlər”. Bunu APA-ya açıqlamasında AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov deyib. O bildirib ki, Azərbaycanın apardığı tədqiqat və ortaya qoyduğu tarixi faktlar ermənilərin bu bölgəyə 19-cu əsrin əvvəllərində köçürüldüyünü sübuta yetirib: “Hətta Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu günlərdə bildirib ki, Azərbaycan tarixçiləri guya Ermənistan tarixini təhrif edir. Biz öz tariximizi araşdırıb ortaya qoyuruq, onlar bundan əndişələnirlər. Biz bundan qürur duyuruq”.

Y. Mahmudov bir neçə Azərbaycan tarixçisinin dünyanın bir sıra ölkələrinə ezam olunduğunu söyləyib: “Dehli, İstanbul, Ankara, Moskva, Paris, London və digər şəhərlərdə araşdırma aparan tarixçilərin sənədləri toplanılır. Çoxlu sənəd toplamışıq, hazırda onlar nəşr edilir. Artıq 4 cildlik “Azərbaycan xalqına qarşı 1918-20-ci illər soyqırımı” kitabı işıq üzü görüb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR