Bank Of Baku

Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə inşa yazı müsabiqəsinin nəticələrinə dair tədbir keçirilib - FOTOSESSİYA

Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə inşa yazı müsabiqəsinin nəticələrinə dair tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 06 may 2011 10:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Gülüstan” sarayında Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin nəticələrinə dair tədbir keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, bu mövzuda ilk inşa yazı müsabiqəsi 2007-ci ildə təşkil olunub. İnşa müsabiqəsi Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə 3 mərhələdə - məktəb, rayon (şəhər) və respublika (yekun) mərhələlərində keçirilib. Peşə liseylərinin və ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdlərinin iştirak etdiyi müsabiqənin məktəb və rayon (şəhər) mərhələlərinə 700 minədək məktəbli qatılıb.

Müsabiqənin yekun mərhələsi aprelin 24-də Zərifə Əliyeva adına ümumtəhsil məktəbində keçirilib. Yekun mərhələdə 97 məktəbli iştirak edib. İştirakçıların 21 nəfəri oğlan, 76 nəfəri qızdır. Müsabiqə iştirakçılarından 3 nəfər I yerə, 4 nəfər II yerə, 6 nəfər III yerə, 65 nəfər isə həvəsləndirici yerlərə layiq görülüb. Qaliblərə xüsusi diplom və qiymətli hədiyyələr verilib. Onların inşa yazılarından ibarət kitab nəşr olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR