Bank Of Baku

Bahar Muradova: “Heç bir qanunda və sənəddə hicaba qadağa yoxdur”

Bahar Muradova: “Heç bir qanunda və sənəddə hicaba qadağa yoxdur”
# 06 may 2011 14:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Azərbaycan demokratik ölkədir və heç bir sənəddə hicaba qadağa nəzərdə tutulmayıb. Heç bir qanunda, sənəddə hicaba qadağa qoyulması haqda tələbi tapıb ortaya çıxarmaq mümkün deyil”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. O bildirib ki, Azərbaycanda vətəndaşlar istənilən məsələ ilə bağlı öz fikrini sərbəst ifadə edə bilər: “Sadəcə olaraq təhsil müəssisələrində məktəbli forması haqqında qaydalar var. Tələb də yalnız hər kəsin bu qaydaya əməl etməsi ilə bağlıdır”.

B. Muradovanın sözlərinə görə, hansısa qüvvələr hicab məsələsindən yararlanıb Azərbaycanda qarışıqlıq yaratmaq istəyir: “Belə dairələr həmişə olub, bu gün də var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR