Bank Of Baku

Azərbaycan prezidenti Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzi ilə tanış olub

Azərbaycan prezidenti Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzi ilə tanış olub
# 06 may 2011 15:14 (UTC +04:00)
Bakı – APA. Prezident İlham Əliyev mayın 6-da Ağcabədi şəhərinin mərkəzində yerləşən Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi ilə tanış olub. APA-nın məlumatına görə, prezidentə məlumat verilib ki, 1,7 hektar ərazisi olan parkda yerləşən Qarabağ Muğam Mərkəzi 2008-ci ilin sentyabrında inşa olunub. Ümumi sahəsi 830 kvadratmetr olan mərkəzdə hər biri 155 yerlik qış və yay zalları fəaliyyət göstərir.

Dövlət başçısı Ü. Hacıbəylinin mərkəzin binası önündə ucaldılmış büstünün önünə gül dəstəsi qoyub.

Azərbaycan prezidenti məktəbin şagirdlərinin ifasında “Qarabağ şikəstəsi”ni dinləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR