Bank Of Baku

Azərbaycan prezidenti Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının təməlqoyma mərasimində iştirak edib

Azərbaycan prezidenti Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının təməlqoyma mərasimində iştirak edib
# 06 may 2011 15:19 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev mayın 6-da Ağcabədi şəhərinin Hüsü Hacıyev küçəsində inşa olunacaq 205 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının təməlqoyma mərasimində iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısı yeni inşa olunacaq xəstəxananın baş planının və layihələrin əks olunduğu stendə baxıb.

Səhiyyə naziri Oqtay Şirəliyev prezidentə məlumat verib ki, 4 hektar ərazidə tikiləcək xəstəxana kompleksi bir-birinə keçidi olan 4 böyük korpusdan və 3 əlavə yardımçı binadan ibarət olacaq. Xəstəxanada xəstələrin təcili əməliyyatı, bir yerdən başqa yerə aparılması üçün ayrıca helikopter xidməti fəaliyyət göstərəcək. Helikopter dayanacağı binanın üst qatında inşa olunacaq.

Prezidentin diqqətinə çatdırılıb ki, burada ağcabədililərlə yanaşı, qonşu rayonların da əhalisinə yüksək səviyyəli xidmət göstərmək mümkün olacaq.

Sonra dövlət başçısı metal gilizi bünövrəyə buraxıb və beton qarışığı tökən qurğunu işə salıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR