Bank Of Baku

BAXCP Təhsil Nazirliyinin qarşısında dini şüarlarla aksiya keçirilməsinin pisləyən bəyanat yayıb

BAXCP Təhsil Nazirliyinin qarşısında dini şüarlarla aksiya keçirilməsinin pisləyən bəyanat yayıb
# 06 may 2011 15:21 (UTC +04:00)
APA-nın məlumatına görə, partiyanın bununla bağlı yaydığı bəyanatda deyilir: "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bir daha bəyan edir ki, Azərbaycanda din dövlətdən ayrıdır və təhsil dünyəvidir. Bu prinsiplərin Azərbaycan xalqının iradəsinə və seçiminə uyğun bir şəkildə Konstitusiyada əks olunduğunu bilə-bilə dünyəvi təhsil müəssisələrində dini atributların daşınmasına icazə verilməsi ilə bağlı aksiyaların keçirilməsi isə ölkədə sabitliyin pozulmasına, düşmən dəyirmanına su tökülməsinə xidmət edir. BAXCP hesab edir ki, Azərbaycanın müvafiq dövlət qurumları belə aksiyaları təşkil edən şəxslərin və onların arxasında dayanan qüvvələrin kimliyini dərindən araşdırılmalı, xalqımızın dünyəvi və demokratik inkişaf perspetivlərinə qarşı yönəlmiş bütün təzahürlərə qarşı sərt tədbirlər görməlidir".

Son zamanlar ayrı-ayrı xarici qüvvələrin Azərbaycanda sabitliyi pozmaqla bağlı təhdidləri nəzərə alan BAXCP siyasi qüvvələri, kütləvi informasiya vasitələrini, qeyri-hökumət təşkilatları və bütün ölkə ictimaiyyətini baş verənləri qətiyyətlə pisləməyə, Konstitusiyamızın təməl prinsiplərinə zidd davranışlara qarşı birgə mübarizəyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR