Bank Of Baku

Azərbaycan prezidenti Ağcabədidə əsaslı təmirdən sonra istifadəyə verilən rayon Mədəniyyət evi ilə tanış olub

Azərbaycan prezidenti Ağcabədidə əsaslı təmirdən sonra istifadəyə verilən rayon Mədəniyyət evi ilə tanış olub
# 06 may 2011 15:23 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Ağcabədiyə səfəri çərçivəsində mayın 6-da şəhərin Heydər Əliyev prospektində yerləşən və əsaslı təmirdən sonra istifadəyə verilən Yaqub Məmmədov adına rayon mədəniyyət evi ilə tanış olub. APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, ötən əsrin 60-cı illərində inşa olunan rayon mədəniyyət evi son vaxtadək əsaslı təmir olunmayıb. Azərbaycan prezidentinin 2008-ci ilin yanvarında Ağcabədi rayonuna səfəri zamanı verdiyi tapşırıqlara müvafiq olaraq bu mədəniyyət ocağının əsaslı təmirinə başlanılıb.

Dövlət başçısı şəhərin incəsənət məktəbi şagirdlərinin ifasında “Sarı gəlin” mahnısını dinləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR