Bank Of Baku

İctimai Palatanın İqtisadiyyat Komissiyasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib

İctimai Palatanın İqtisadiyyat Komissiyasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib
# 06 may 2011 15:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın (İP) İqtisadiyyat Komissiyasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə İP Koordinasiya Şurasının üzvləri - Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, iqtisadçılar. QHT nümayəndələri iştirak edib.

İP-in İqtisadiyyat Komissiyasının sədri Qubad İbadoğlu geniş təqdimatla çıxış edib. 4 bölmədən ibarət təqdimat ölkənin ümumi iqtisadi bölgüsünün, büdcə xərcləri və gəlirlərinin və s. məsələlərin dəyərləndirilməsini əhatə edib. Son 4 ildəki mövcud iqtisadi rəqəmləri sadalayan Q. İbadoğlu ölkədə yoxsulluq və işsizlik problemləri barədə də danışıb və bildirib ki, Azərbaycanda işləyən əhalinin 56,5 faizi tikinti və xidmət sahələrində çalışır, 38 faiz isə kənd təsərrüfatı ilə məşğuldur. Q. İbadoğlu ipoteka faizlərinin aşağı salınmasını, SSRİ vaxtından qalan əmanətlərin üç il müddətində qaytarılmasını və s. təkliflərlə də çıxış edib.

Mövzu ətrafında İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli, İP üzvü olan AXCP təmsilçiləri Nemət Əliyev və Məhəmməd Talıblı da çıxış edib.

Çıxış edən İP-in Koordiansiya şurasının üzvü Pənah Hüseyn isə hökumətin açıqladığı rəqəmlərə istinad edərək araşdırma aparılmasının düzgün olmadığını deyib. “Burada elə çıxışlar olur ki, sanki qarşıda YAP-ın iqtisadi məsələlər üzrə müşavirləri əyləşib. Sanki tək qapıya oynayırıq” – deyə, P. Hüseyn əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR