Bank Of Baku

Bahar Muradova: “Tədris müəssisələrində hicaba qoyulan qadağaya ciddi şəkildə əməl edilməlidir”

Bahar Muradova: “Tədris müəssisələrində hicaba qoyulan qadağaya ciddi şəkildə əməl edilməlidir”
# 07 may 2011 10:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Tədris müəssisələrində hicaba qoyulan qadağaya ciddi şəkildə əməl edilməlidir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. B. Muradova bildirib ki, mitinq keçirmək, kütləvi şəkildə toplaşmaq, bu və ya digər məsələ ilə bağlı fikirlərini qanun çərçivəsində bildirmək hər bir azərbaycanlının hüququdur: “Bu cür mitinqlər qanun çərçivəsində reallaşdırılsa, bunu normal adlandırmaq olar. Hicabla bağlı keçirilən mitinqlərin məzmunu mənə aydın deyil”.

B. Muradova qeyd edib ki, Azərbaycanda hicaba qadağa qoyan qanun və ya sərəncam yoxdur: “Hicab taxmaq hər bir vətəndaşın öz hüquqdur. O ki, qaldı tədris müəssisələrində məktəbli formalarının tətbiqinə, bu isə başqa söhbətdir. Düşünürəm ki, tədris müəssisələrində hicaba qoyulan bu qadağa ciddi şəkildə əməl edilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR