Bank Of Baku

«Həsrət Yolu» İctimai Birliyi Şuşanın işğalı günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib

«Həsrət Yolu» İctimai Birliyi Şuşanın işğalı günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib
# 07 may 2011 14:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. «Həsrət Yolu» Əsir və Girovlara Kömək İctimai Birliyi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və 8 May - Şuşanın işğalı günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib. Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə tarixi Azərbaycan əraziləri üzərində salınan Ermənistanın XX əsrdə dəfələrlə Azərbaycana qarşı işğalçılıq niyyətindən və son 20 ildə ermənilərin terrorçu və separatçı hərəkətlərindən söhbət açılıb.

İşğal edilən bölgələrdə vandalizm hərəkətlərinə də diqqəti yönəldən birlik, müraciətində qeyd edib ki, Şuşanın işğalı zamanı 100 nəfərdən çox insan qətlə yetirilib, 121 nəfər itkin düşüb. Onlardan 46 nəfəri ermənilər tərəfindən əsir, 2 nəfər yerli sakin isə girov götürülüb. Həmin şəxslər indiyə kimi işğal olunmuş Dağlıq Qarabağ və Ermənistan ərazisində saxlanılır.

Birlik beynəlxalq təşkilatları da baş verənlərə laqeyd qalmamağa çağırıb: «Ermənistan bu gün Şuşanın baş planını hazırlayır və Şuşa ətrafında qazıntı işlərinin aparılması üçün xarici təşkilatlardan mütəxəssislərin gətirilməsini təşkil edir. Bu addım isə beynəlxalq təşkilatlar tərəfindən sükutla qarşılanır və heç bir reaksiya doğurmur. «Həsrət Yolu» Əsir və Girovlara Kömək İctimai Birliyinin üzvləri və Şuşa işğal olunan zaman əsir və itkin düşmüş, girov götürülmüş, şəhid olmuş soydaşlarımızın əzizləri bütün dövlətləri, beynəlxalq təşkilatları obyektiv mövqedən çıxış etməyə, saxta, qondarma «erməni soyqırımı»nı müzakirəyə çıxarmaqdan, ona imza atmaqdansa, Şuşa sakinlərinin başına gətirilən faciələri müəyyənləşdirməyə, əsir və girov götürülmüş şuşalıların Vətənə qaytarılmasına, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirməyə kömək etməyə çağırır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR