Bank Of Baku

İlham Əliyev: “Bütün insanlar bir məqsəd uğrunda çalışmalıdırlar ki, ölkəmizi daha da gücləndirək, inkişaf etdirək, müasir dövlət yaradaq”

İlham Əliyev: “Bütün insanlar bir məqsəd uğrunda çalışmalıdırlar ki, ölkəmizi daha da gücləndirək, inkişaf etdirək, müasir dövlət yaradaq”
# 07 may 2011 20:57 (UTC +04:00)
APA-nın AzərTac agentliyə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev mayın 6-da Zərdab rayonunun ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.
O bildirib ki, Zərdab rayonunda su və kanalizasiya xətlərinin çəkilişinə tezliklə başlanmalıdır. “Yəqin ki, ya bu il, ya gələn il başlanmalıdır və iki il ərzində bütün bu layihə başa çatmalıdır. Əfsuslar olsun ki, su və kanalizasiya xətlərinin çəkilişi bütün bölgələr üçün ənənəvi problem olaraq qalır. Artıq bu işlərə də təkan verilmişdir. Bəzi rayonlarda işlər başlayıb, bəzi rayonlarda hazırlıq işləri gedir”.
Prezident deyib ki, qazlaşdırma, elektrik enerjisi ilə təchizat, su, kanalizasiya xətlərinin, kənd yollarının çəkilişinə böyük ehtiyac var. O qeyd edib ki, Zərdab rayonunda da kənd yolları, əksər yollar torpaq yollarıdır. Onlara da asfalt vurulmalıdır.
Prezident bildirib ki, regionlarda gənclər üçün də şərait yaradılıb, dövlət proqramı qəbul olunacaqdır, gənclər mərkəzləri tikiləcək. “Gənclərimiz ölkəmizin inkişafı yolunda fəal işləməli və çalışmalıdırlar. Bütün insanlar bir məqsəd uğrunda çalışmalıdırlar ki, ölkəmizi daha da gücləndirək, inkişaf etdirək, müasir dövlət yaradaq. Buna nail olmaq üçün bütün rayonlarda işlər yaxşı, yüksək səviyyədə getməlidir”, İlham Əliyev deyib .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR