Bank Of Baku

Zaqatalada Şuşanın işğalının 19-cu ildönümünü yad edilib

Zaqatalada Şuşanın işğalının 19-cu ildönümünü yad edilib
# 08 may 2011 20:10 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) Zaqatala və Şəki rayon təşkilatları bu gün bir araya gələrək, Şuşanın işğalının 19-cu ildönümünü yad ediblər.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, QAT-ın şimal-qərb bölgəsində fəaliyyət göstərən Zaqatala və Şəki rayon təşkilatları bu gün Zaqatalada bir araya gələrək Şuşanın işğal tarixini "İşğalçılara nifrət günü" kimi qeyd edib.

QAT nümayəndələri öncə Zaqatala şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, vətənimizin azadlığı və bütövlüyü uğrunda şəhid olanların xatirəsini yad edib. Aksiyaya qatılanlar dünyanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatların, xüsusən BMT-nin qəbul etdiyi 4 qətnaməyə biganə yanaşmasını qətiyyətlə pisləyib.

QAT üzvləri Şuşanın işğal tarixini "İşğalçılara nifrət günü" kimi qeyd etməklə bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyir ki, ermənilər işğalçılıq əməllərindən əl çəksin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR