Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88 illiyidir
H. Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasİ Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib və müxalif mövqe tutub. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib. H. Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan H. Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan prezidenti seçilib.
H. Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib. Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olunub. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin müqaviləsi" adını almış neft müqavilə imzalanıb.
Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində də uğurlu addımlar atılıb, Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib. Heydər Əliyevin iradəsi sayəsində Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilə imzalanıb, onun həyata keçirilməsinə başlanılıb. Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında - ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı əhatə edən GUAM birliyinin yaranmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də H. Əliyevin önəmli xidməti olub. O, demokratik, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyasının qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub. 1995-ci ilin mayında əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında "xüsusi qonaq" statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub.
H. Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan prezidenti seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalayıb.
H. Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmədə qərar verilib
Sabahın hava proqnozu açıqlanıb
Nazir: Gürcüstan Azərbaycanla enerji əməkdaşlığını gücləndirir
FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Azərbaycanda məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib
DİN-ə yeni vəzifə həvalə olunub
Zelenski: Ukrayna ordusu Rostovda hərbi aerodromda 3 təyyarə və 3 helikopteri məhv edib
Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər
Lənkəranda avtomobilinin nömrəsini lentlə gizlədən sürücü saxlanılıb - FOTO
Bakıda günəş elektrik stansiyası və Batareya Enerji Saxlanc Sistemi tikiniləcək
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Hacıqabulda saxlanılan şəxsin Bakıda motosiklet oğurluqları da aşkarlanıb
İşğala göz yuman beynəlxalq hüquq: Azərbaycan 30 ildən sonra ədaləti özü bərpa etdi - TƏHLİL
Zərgərlik məmulatlarının damğalanması ilə bağlı yeni standart hazırlanır
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
“Bank of Baku” subordinasiya borc öhdəlikləri üzrə istiqraz buraxa bilər
ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb
Mərkəzi Bank maliyyə qruplarına konsolidasiya olunmuş nəzarət edəcək
“Dövlət satınalmaları haqqında” qanunun şamil edilməyəcəyi malların əhatə dairəsi genişlənir
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
Mercedes-Benz-in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Prezident: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
Prezident TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat olub
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısı keçirilir - FOTO
Metronun “Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir - FOTO
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb
Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb
Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub
Azərbaycan əhalisinin sayı açıqlanıb
AZAL Qazaxıstanda altıncı istiqaməti-Aktöbəyə ilk reysini həyata keçirib
Zaqatalada kişi meyiti aşkarlanıb
Bəzi yerlərə yağış yağıb, duman müşahidə edilir - FAKTİKİ HAVA
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
Ağdamda açıq sahədə yanğın baş verib
Ağcabədidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - VİDEO
Neftin qiyməti 106 dollardan aşağı enib
Yexlaxda 91 yaşlı qadın eyvandan yıxılaraq ölüb
"Buker" mükafatının uzun siyahısı açıqlanıb
Bu günün valyuta məzənnələri
Yaponiya hökuməti kabinetdə dəyişikliklər ərəfəsində istefa verib
Ukrayna Yaroslavldakı NEZ-ə və Rostovdakı hərbi aerodroma zərbələr endirib
“Şərikli çörək” filminin ssenaristi, şair Alla Axundova vəfat edib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Rusiya Kiyevə zərbələr endirib, 12 nəfər yaralanıb
“Bitcoin”in qiyməti yenidən 76 min dolları ötüb
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 3
FED-in faiz qərarı fonunda ABŞ birjalarında eniş davam edib