Bank Of Baku

Vəkili Arif Hacılı və Sahib Kərimovla görüşüb

Vəkili Arif Hacılı və Sahib Kərimovla görüşüb
# 11 may 2011 09:11 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün vəkil Yavər Hüseyn aprelin 2-də İctimai Palatanın (İP) Bakının mərkəzində keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü (AXCP) Sahib Kərimovla görüşüb. Bu barədə APA-ya Yavər Hüseyn məlumat verib. Vəkil hər iki şəxsin vəziyyətinin normal olduğunu deyib: “Hər ikisinin vəziyyəti yaxşıdır. Saxlanma şəraitindən, onlara qarşı münasibətdən şikayətləri yoxdur. Hər kəsə salam göndərdilər”.

Xatırladaq ki, aprelin 2-də A. Hacılının da üzvü olduğu İctimai Palata Bakının mərkəzində etiraz aksiyası keçirməyə cəhd edib. Həmin gün baş vermiş hadisələrlə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Məhkəmə A. Hacılı v ə S. Kərimovun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR