Bank Of Baku

BDU-da “Dövlət və hüquq quruculuğunun aktual problemləri” mövzusunda XI Respublika Elmi-Praktik Konfransı başlayıb

BDU-da “Dövlət və hüquq quruculuğunun aktual problemləri” mövzusunda XI Respublika Elmi-Praktik Konfransı başlayıb
# 11 may 2011 09:12 (UTC +04:00)
Bakı. Sevil Valehova – APA. Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Dövlət və hüquq quruculuğunun aktual problemləri” mövzusunda XI Respublika Elmi-Praktik Konfransı öz işinə başlayıb. APA-nın məlumatına görə, konfransı açan BDU-nun rektoru Abel Məhərrəmov tədbirin əhəmiyyətindən, elmə verəcəyi töhfədən danışıb.

A. Məhərrəmov bildirib ki, dünyanın 200-dən artıq dövlətinin yalnız bəzilərinin tarixində ümummilli lider olub: “Azərbaycan həmin xoşbəxt ölkələrdəndir ki, Heydər Əliyev kimi dahi öndəri var. Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə gələndə qarşıya məqsəd qoydu ki, hüquqi, dünyəvi, demokratik dövlət yaratmalıyıq. O, fonemin qabiliyyətinə, təşkilatçılığına, təcrübəsinə və vətəni sevməsinə görə bunu bacardı. Azərbaycanda hüquqi, dünyəvi dövlət yarandı”.

İki gün davam edəcək konfrans 7 bölmədə fəaliyyət göstərəcək, 270-ə yaxın məruzə dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR