Bank Of Baku

May ayı ərzində Azərbaycanda müxalifətin yeni birlik formatı müəyyənləşəcək

May ayı ərzində Azərbaycanda müxalifətin yeni birlik formatı müəyyənləşəcək
# 11 may 2011 09:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Təşəbbüskarı olduğumuz müxalifətin yeni birlik formatı böyük ehtimalla may ayı ərzində müəyyənləşəcək”. Bunu APA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Partiya sədri bildirib ki, onların məqsədi iqtidara alternativ güc mərkəzi yaratmaqdır: “Müxalifətdə kim bizi özünə alternativ sayacaqsa, bu bizim yox, onların problemidir. Bu addımı atmamışdan, toplantını keçirməmişdən əvvəl müxalifətdə olan əsas partiyalara müraciət etmişik. Mətbuat da, ictimaiyyət də bunun şahididir. Əvvəl müxalifət düşərgəsində birliyə nail olmaq üçün Qarabağ və Respublika Uğrunda Hərəkatı bərpa etməyə çalışdıq, təşəbbüsümüz cavabsız qaldı. Sonra parlament seçkilərinin nəticələrini əsas götürərək, yenidən seçkidə güc göstərmiş 8 partiyanın bir arada olması təşəbbüsünü irəli sürdük. Lakin bu müstəvidə də müraciət ünvanlandığımız AXCP və Müsavat Partiyasından cavab verilmədi. Görəndə ki, bir araya gəlmək təşəbbüsü baş tutmur, “İnsan naminə” seçki blokunda olmuş partiyalar - Liberal, Vətəndaş və İnkişaf, həmçinin Yaşıllar Partiyası növbəti seçki dövrü üçün müzakirələr aparmaq məqsədilə təşkilatlanma qərarı verdi. Bu təşkilatlanma istiqamətində görüşlər keçirilir”.

ALP lideri Lalə Şövkətin və KXCP sədri Mirmahmud Mirəlioğlunun da iştirak etdiyi görüşdə əməkdaşlığın müəyyən eskizlərinin cızıldığını deyən Ə. Əliyev bildirib ki, ciddi öhdəlikləri nəzərdə tutmayan təşkilatlanma formatı axtarışındadırlar: “Ən vacibi isə budur ki, yaradacağımız birlik ideoloji prinsiplər, mübarizə vasitələri və komanda baxımından digərlərindən fərqli olacaq”.

Qeyd edək ki, mayın 9-da ALP lideri Lalə Şövkət, KXCP sədri Mirmahmud Mirəlioğlu, VİP sədri Əli Əliyev və ALP sədri Əvəz Temirxanın iştirakı ilə toplantı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR