Bank Of Baku

AMİP bir sıra qanun layihələri hazırlayır

AMİP bir sıra qanun layihələri hazırlayır
# 11 may 2011 13:48 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının müvafiq daimi komissiyalarında “Siyasi partiyalar”, “Böyük Şəhər bələdiyyələri”, “Azərbaycanın müstəqilliyinə səs vermiş sabiq deputatların statusu”, ” Azərbaycanda sovet dövründə əhalinin banklarda yatırılmış əmanətlərinin geri qaytarılması” və “Neft” haqqında qanun layihələri və təkliflər hazırlanır.

AMİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin layihə və təkliflər hazırlanarkən beynəlxalq təcrübədən də istifadə olur.

Yaxın müddət ərzində tamamlanması nəzərdə tutulan qanun layihələri və təkliflər ictimaiyyətin geniş müzakirəsinə veriləcək, sonra isə Milli Məclisə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR