Bank Of Baku

Müsavat Divanının toplantısında növbəti kütləvi aksiyanın tarixi və təşkili ilə bağlı konkret təkliflər verilib

Müsavat Divanının toplantısında növbəti kütləvi aksiyanın tarixi və təşkili ilə bağlı konkret təkliflər verilib
# 11 may 2011 14:02 (UTC +04:00)
Bakı - APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiyadaxili məsələlərin müzakirəsi zamanı Avstriyada mühacirətdə olan 6 azərbaycanlının Müsavat Partiyasına üzv olmaq haqqında ərizələrinə baxılıb və müsbət qərar verilib. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə İctimai Palatanın bütün istiqamətlərdə fəaliyyətinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb. İctimai Palatanın strukturlaşmasının, xüsusən də regional qurumların təşkil olunması, proqram sənədlərinin hazırlanması və kütləvi aksiyaların təşkilində Müsavat Partiyasının görəcəyi konkret işlər müəyyənləşdirilib. Eyni zamanda növbəti kütləvi aksiyanın tarixi və təşkili ilə bağlı konkret təkliflər verilib.

Ərəb ölkələrində, xüsusən də Liviya və Suriyada baş verən proseslər də müzakirə aparılıb. Divan beynəlxalq birliyi baş verənlərə adekvat münasibət göstərməyə, diktatorlara qarşı daha qətiyyətli və təsirli tələblər görməyə çağırıb.
Sonda cari məsələlərə baxılıb.

Divanın toplantısından sonra Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR