Bank Of Baku

Bəxtiyar Hacıyevin məhkəməsi təxirə salınıb

Bəxtiyar Hacıyevin məhkəməsi təxirə salınıb
# 11 may 2011 16:23 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Gəncə Şəhər Nizami Rayon Məhkəməsində keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb. Bu barədə APA-ya B. Hacıyevin vəkili Elçin Namazov məlumat verib. O, prosesin təxirə salınmasının səbəbini hələ ki, öyrənə bilmədiyin deyib: “İndi çalışıram öyrənim ki, proses nə vaxt davam etdiriləcək”.

Qeyd edək ki, bu gün B. Hacıyevə hökm oxunacağı gözlənilirdi.

Bu il martın 4-də Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə B. Hacıyev barəsində bir aylıq həbs-qətimkan tədbiri seçilib. Onun haqqında Cinayət Məcəlləsinin 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə yanvarın 24-də Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Mayın 10-da keçirilən məhkəmə prosesində dövlət ittihamçısı B. Hacıyevin 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR