Mirmahmud Mirəlioğlu: “İctimai Palata arzuların gerçəkləşdirilməsi imkanını əldən vermiş bir qurumdur” - MÜSAHİBƏ
- KXCP-nin müxalifət düşərgəsində tutduğu hazırkı mövqeyi mərkəzçi adlandırmaq olarmı?
- Ola bilsin belədir. Bilirsiniz, fəaliyyət kənardan daha doğru qiymətləndirilir. Amma bəzi məsələlər göründüyü kimi də deyil. Bizim seçkidən əvvəl və sonrakı fəaliyyətimiz şəffafdır. Mövqeyimizin kökündə isə millət və dövlətçilik məsələləri durur. Sadəcə olaraq bəzi məxsusi məqamlar da mövcuddur. Fikrimcə, Allahına və millətinə qulluq edənlərin heç kimə itaət etməsinə ehtiyacı yoxdur. Bu həyatın qanunlarıdır.
- Görünməyən tərəf dedikdə nəyi nəzərdə tutursunuz?
- Bu barədə danışdıqda, əvvəlcə şəxslərin nəyə və kimə müxalifət olduqları aydınlaşmalıdır. Biz milli məsələlərdə və dövlətçilik məsələsində birlikdə olmağın tərəfdarıyıq. İqtidarın siyasətinə qarşı qatı müxalifətdəyik. Bunu illər böyu apardığımız siyasətimizlə - qeydiyyatlı, qeydiyyatsız, mandatlı və ya mandatsız, o cümlədən mandatdan imtina məsələsində də ortaya qoymuşuq. Amma indiki halda Azərbaycanın hazırkı vəziyyəti bizi vətəndaş, siyasətçi, müxalifətçi olaraq da birliyə səsləyir. Hər şeyin əvvəli və ya sonu var. Xüsusi qeyd etməliyəm ki, bütün mənalarda ömrün bu çağında bizim birlikdən başqa yolumuz yoxdur. Bunu əldə etdiyimiz təcrübədən çıxış edərək deyirəm.
- Müxalifətdə olan siyasi birlik və ya əməkdaşlıq çərçivələrinin əksərində KXCP-ni görmək olur. Belə olan təqdirdə KXCP müxalifətdə mövcud olan və ya formalaşmaqda olan hansı siyasi birliyə üstünlük verməyi nəzərdə tutur?
- Müxalifətdə fəaliyyət göstərən və yaradılması nəzərdə tutulan qurumlarda təmsil olunan partiyalar bizsiz belə indiyə qədər bir yerdə olublar. Məsələnin indiki vəziyyəti isə nədir? Düzdür, bizə qarşı müəyyən ittihamlar olub. Lakin bunları subyektiv hesab etmişik. Bu gün KXCP baş verənlərdən qətiyyən kənarda deyil. Bu gün KXCP İctimai Palatada öz nümayəndəsi ilə təmsil olunur. Digər tərəfdən isə İctimai Palata çərçivəsində müxalifətin inhisara alınmasının doğru olmadığını deyirik. Əvvəlcədən bildirmişik ki, bu qeyri-müəyyənliyi aradan qaldırmaq lazımdır. Məsələn, necə yəni biz İctimai Palatada yoxuqsa, deməli müxalifət deyilik? Sonuncu addımımız isə Lalə Şövkət, Əli Əliyev və Əvəz Temirxanla apardığımız məsləhətləşmədir. Ötən gün isə ADP sədri Sərdar Cəlaloğlu ilə müzakirələr apardıq. Bu işlərin davamlı olacağını istəyirik. Düzdür, bir az ehtiyatlanıram. İndi də deyirəm, həmişə də demişəm ki, bu gün Azərbaycan üçün vahid güc mərkəzi olmalıdır. Hazırkı fəaliyyətimiz də əməkdaşlıq çərçivəsinin genişlənməsinə xidmət edir. Proseslərin nə ilə nəticələnəcəyini isə zaman göstərəcək.
- KXCP rəsmi qərarla İctimai Palatada təmsil olunduğu halda, bu partiyanın sədri həmin qurumun işində birbaşa iştirak etmir. Əvəzində isə müxalifətin digər birlikləri ilə sıx əlaqə saxlayır və hətta belə birliklərin yaradılmasına öz dəstəyini verir. Dediklərinizdən belə hesab etmək olarmı ki, KXCP müxalifətdə balanslı siyasətə üstünlük verir?
- Mənim İctimai Palatanın işində bilavasitə iştirak etməməyim daha geniş koalisiyanın yaradılmasına nail olamaq üçün idi. Əslində İctimai Palatada partiya olaraq KXCP-dən başqa rəsmi qərarla təmsil olunan partiya yoxdur. Qalan partiya rəhbərləri isə fərdi şəkildə təmsil olunur. Nə AXCP-nin, nə Müsavat Partiyasının belə bir qərarı yoxdur. Bunu ictimaiyyət bilməlidir. Mən sizin fikrinizlə razı deyiləm və bu siyasətin adı balanslaşdırılımış deyil. Bu siyasətin adı hamını bir yerdə görməkdir və əslində Elçibəyçilikdir. Rəsulzadə-Elçibəy yoluna sədaqət də budur. Dünənə qədər bunu bəyənməyənlər də var idi. Təəssüf ki, müxalifətdə olan hətta, Elçibəy hökumətində rəhbər vəzifədə olanlardan biri də bu sözü deyirdi. Bu siyasət dosta da, düşmənə də bir nümunədir.
- Bir neçə gün əvvəl Lalə Şövkət, Əli Əliyev və Əvəz Temirxanla apardığınız müzakirənin davamını necə görürsünüz?
- Bu görüş məsləhətləşmə xarakterli idi. Proseslə bağlı açıqlama isə birgə olacaq. Gələcəyi necə görməyimizdən asılı olmayaraq, bacardığımızı etməliyik. Alınacaqsa, yaxşı olacaq. Düzdür, Demokratiya Uğrunda İttifaqı yaradarkən də məqsədimiz bu idi. Lakin indiki vəziyyət fərqlidir. Azərbaycanın indiki vəziyyəti bizi bir yerdə olmağa məcbur edir. Şansımızın nə qədər olduğunu da indidən demək olmaz.
- İctimai Palatanın indiyə qədər olan fəaliyyətini necə qiymətləndirirsiniz?
- İctimai Palatanı arzuların gerçəkləşdirilməsi imkanı əldən buraxmış və tənqidi yaxına buraxmayan qurum hesab edirəm. Fikrimcə, bunu artıq demək mümkündür. Məsələn, biz iqtidarla bağlı danışarkən onları bütün formalarda tənqid edirik. Başladığımız proseslərlə bağlı bir dəfə deyirik, indi olmaz, qışdır və ya yazdır. Bəs bu nə vaxt alınacaq? Elçıbəyin sağlığıda bizim firqədaxili məsələlərimiz olanda məşhur atalar sözünü toplantılaqrımızda işlədirdik: “Uşaqdır, ağlı kəsmir, cavandır, beyni qandır, qocalıb, sayası gedib”. Bəs bunun ağıllı dövrü nə vaxt olacaq? Bu insanlar məsələləri doğru-dürüst yürütmürlər. Bəs Allaha nə cavab verəcəyik? Düzdür özlərinə deyilir, amma vəziyyət cəmiyyətə də izah olunmalıdır ki, insanlar aldadılmasınlar. Məgər baş verənlərin səbəbkarı bir tərəfdir? Biz haqq olanı deməliyik. Çətinliyimiz həm də ondadır ki, bəzilərinin xaricdən gələn səsə dırnaqarası həvəsi var. Demirəm ki, sözün əsl mənasında xaricdən. Daxildəki xarici də bura aid etmək olar. Ona görə də geniş miqyaslı əməkdaşlığa nail olamq çətindir. 1998-də, 2003-də, 2005-də niyə nə isə əldə etmək olmadı? Ona görə ki, subyektiv iddialar ortaya qoyuldu. Məncə, zaman öz hökmünü diktə edəcək.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Hacıqabulda saxlanılan şəxsin Bakıda motosiklet oğurluqları da aşkarlanıb
İşğala göz yuman beynəlxalq hüquq: Azərbaycan 30 ildən sonra ədaləti özü bərpa etdi - TƏHLİL
Zərgərlik məmulatlarının damğalanması ilə bağlı yeni standart hazırlanır
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
“Bank of Baku” subordinasiya borc öhdəlikləri üzrə istiqraz buraxa bilər
ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb
Mərkəzi Bank maliyyə qruplarına konsolidasiya olunmuş nəzarət edəcək
“Dövlət satınalmaları haqqında” qanunun şamil edilməyəcəyi malların əhatə dairəsi genişlənir
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
Mercedes-Benz-in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Prezident: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
Prezident TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat olub
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısı keçirilir - FOTO
Metronun “Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir - FOTO
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb
Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb
Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub
Azərbaycan əhalisinin sayı açıqlanıb
AZAL Qazaxıstanda altıncı istiqaməti-Aktöbəyə ilk reysini həyata keçirib
Zaqatalada kişi meyiti aşkarlanıb
Bəzi yerlərə yağış yağıb, duman müşahidə edilir - FAKTİKİ HAVA
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
Ağdamda açıq sahədə yanğın baş verib
Ağcabədidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - VİDEO
Neftin qiyməti 106 dollardan aşağı enib
Yexlaxda 91 yaşlı qadın eyvandan yıxılaraq ölüb
"Buker" mükafatının uzun siyahısı açıqlanıb
Bu günün valyuta məzənnələri
Yaponiya hökuməti kabinetdə dəyişikliklər ərəfəsində istefa verib
Ukrayna Yaroslavldakı NEZ-ə və Rostovdakı hərbi aerodroma zərbələr endirib
“Şərikli çörək” filminin ssenaristi, şair Alla Axundova vəfat edib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Rusiya Kiyevə zərbələr endirib, 12 nəfər yaralanıb
“Bitcoin”in qiyməti yenidən 76 min dolları ötüb
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 3
FED-in faiz qərarı fonunda ABŞ birjalarında eniş davam edib
Yəməndə hərbi əməliyyatlar 122 mindən çox insanı evindən didərgin salıb
Nepalda sel fəlakətində ölənlərin sayı 1403 nəfərə çatıb
ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib
Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib
Meloni növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını inkar edib
Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb