Bank Of Baku

Milli Məclisin insan haqları komitəsinin sədri Rəbiyyət Aslanova “Milli azlıqların qorunması, Bolzano tövsiyələri və ATƏT-in siyasəti” adlı seminara qatılacaq

Milli Məclisin insan haqları komitəsinin sədri Rəbiyyət Aslanova “Milli azlıqların qorunması, Bolzano tövsiyələri və ATƏT-in siyasəti” adlı seminara qatılacaq
# 12 may 2011 12:39 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Mayın 20-də ATƏT-in Parlament Assambleyası İtaliyanın Bolzano şəhərində “Milli azlıqların qorunması, Bolzano tövsiyələri və ATƏT-in siyasəti” adlı seminar keçirəcək. Seminarda Azərbaycanı təmsil edəcək Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın APA-ya verdiyi məlumata görə, tədbirə ümumilikdə 56 dövlətin nümayəndəsi qatılacaq.

R. Aslanova tədbir çərçivəsində ciddi və maraqlı məruzələrin olacağını bildirib: “Avropa tarixində milli azlıqlar, milli azlıqlara münasibət haqqında dövlətlərarası ikitərəfli sazişlər gündəmə gələcək. Yəni, hər bir dövlətin öz ərazisində yaşayan milli azlıqlara, etnik qruplara, azsaylı xalqlara münasibəti, mövqeyi, siyasəti hansı prinsiplərlə gerçəkləşir və dövlətin hansı qanunlarda, sənədlərdə bu siyasəti əks etdirməsi kimi məsələlər müzakirə olunacaq”.

Komitə sədri Azərbaycanla əlaqədar çıxışlar edəcək və ölkədə dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir kəs üçün yaradılmış şəraitdən və ən əsası Konstitusiyanın müddəalarındakı prinsiplərindən söhbət açacaq.

Qeyd edək ki, 1992-ci ildə ATƏT-in tərkibində Milli azlıqlar üzrə Ali Komissarlıq yaradılıb. Bu qurum ATƏT-ə üzv dövlətlərdə milli azlıqların hüquqlarının qorunması, dövlətlərin bu istiqamətdə vəzifələrini yerinə yetirməsi istiqamətində fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR