Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı müsəlmanlaşmış ermənilərin Dağlıq Qarabağa köçürülməsi ilə bağlı bəyanatla çıxış edib

Qarabağ Azadlıq Təşkilatı müsəlmanlaşmış ermənilərin Dağlıq Qarabağa köçürülməsi ilə bağlı bəyanatla çıxış edib
# 12 may 2011 14:08 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) amşen adlanan müsəlmanlaşmış ermənilərin Qırğızıstan və digər ərazilərdən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə köçürülməsi ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda ermənilərin bu planları pislənir və Azərbaycan dövlətindən atəşkəs vəziyyətinin aradan qaldırılması tələb edilir: “Bu, işğalçı Ermənistanın terrorçu rəhbərlərinin öz niyyətlərindən geri çəkilmək istəmədiklərini, beynəlxalq hüquq normalarına məhəl qoymadıqlarını bir daha nümayiş etdirir. Ermənistan işğal olunmuş ərazilərin qanunsuz məskunlaşdırılmasını davam etdirir. Ermənistanın bu cür cəzasız şəkildə qanunsuz məskunlaşdırma siyasətini davam etdirməsinin məsuliyyəti beynəlxalq təşkilatların üzərinə düşür. Beynəlxalq təşkilatlar bu və digər qanunsuz köçlərin qarşısını qətiyyətlə almalıdır. Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır”.

Bəyanatda QAT Qarabağa köçmək niyyətində olan ermənilərə də müraciət edilib: “Əbəs yerə həyatlarını təhlükə qarşısında qoymasınlar. Ermənistan rəhbərliyinin bu köçürmə siyasətinin məqsədi onları Azərbaycan ordusunun hədəfinə çevirməkdən başqa bir şey deyil. Ona görə də bu adamlar həyatlarını riskə atmasınlar, erməni siyasətinə aldanmasınlar. Azərbaycan ordusu çox tezliklə üzdəniraq atəşkəs rejimini aradan qaldıracaq və zəfər yürüşünə başlayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR