Bank Of Baku

İctimai Palata mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək

İctimai Palata mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək
# 12 may 2011 16:18 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. İctimai Palatanın İP Koordinasiya Şurasının (KŞ) toplantısı keçirilib. İP KŞ üzvü Ədalət Yusifovun APA-ya verdiyi məlumata görə, toplantıda qərarların icra vəziyyəti müzakirə olunub, komissiyaların və Qadınlar Şurasının hesabatları dinlənilib.

İclasda ölkədəki ictimai-siyasi vəziyyət və mitinqlərin keçirilməsi məsələsi də müzakirə edilib. Qərara alınıb ki, may ayı ərzində Bakı Şəhər İcra Hakimiyyətinə mitinqlə bağlı müraciət olunsun. Lakin müraciətin nə vaxt ediləcəyi dəqiqləşməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR