Ramil Usubov: “Son 3 ildə Azərbaycanda vətəndaşlarla kobud rəftar etdiklərinə görə 773 polis əməkdaşı cəzalandırılıb, 12 polis cinayət məsuliyyətinə cəlb edilib”
Daha sonra ATƏT ilə Azərbaycan Daxili İşlər Nazirliyi arasındakı əməkdaşlığa dair məlumat verilib. Qeyd olunub ki, təşkilatın Bakı Ofisinin yarandığı 1999-cu ildən etibarən nazirlik digər hüquq-mühafizə orqanları kimi regionda və respublikada təhlükəsizliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha da səmərəli aparılması məqsədilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Bakı ofisi və qonşu ölkələrdə yerləşən missiyaları, onların rəhbərləri ilə sıx əməkdaşlıq və dostluq əlaqələri yaradıb, aparılan islahatlar nəticəsində polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox layihələr həyata keçirilib. Hazırda ATƏT-in Bakı Ofisinin dəstəyi ilə 4 istiqamətdə - insan alverinə qarşı mübarizə, ictimai toplaşmaların idarə olunması, korrupsiyaya qarşı mübarizə sahələrində və “Cəmiyyət dəstəkli polis” layihələri həyata keçirilməkdədir.
Daxili işlər naziri R. Usubov qeyd edib ki, orqan və hissələrdə qanunçuluğun vəziyyəti mütəmadi olaraq təhlil edilir, ümumiləşdirilir, hüquqazidd hərəkətlərə, polisin adına ləkə gətirən əməkdaşlara qarşı Daxili İşlər Orqanlarında xidmətdən xaric edilməyə, hətta cinayət məsuliyyətinə cəlb olunmağadək prinsipial ölçülər götürülür: “Bu da bir reallıqdır ki, uzun müddət totalitar rejimin mövcud olduğu şəraitdə fəaliyyət göstərmiş mürəkkəb strukturlu, çoxminli kollektivi olan bir dövlət qurumunu qısa zaman kəsiyində Avropa və dünyanın qabaqcıl ölkələrindəki ən müasir standartlar səviyyəsinə qaldırmaq o qədər də asan deyil. Daxili İşlər Nazirliyi buna tədricən nail olmaqla bərabər, hər cür neqativ təzahürlərə qarşı mübarizəni əzmlə davam etdirir və hər belə fakt üzrə qanunla müəyyən edilmiş ən ciddi tədbirlərin görülməsində maraqlıdır. Təkcə son 3 ildə və bu ilin birinci rübündə vətəndaşlarla kobud rəftar etdiklərinə, onların hüquq və azadlıqlarını pozduqlarına görə 773 əməkdaş cəzalandırılıb. Onlardan 12-si cinayət məsuliyyətinə cəlb olunub, 50 nəfər Daxili İşlər Orqanlarından xaric edilib, 68 nəfər tutduğu vəzifədən azad edilib”.
Dunya Miyatoviç bütövlükdə Azərbaycanda görülmüş işləri müsbət qiymətləndirib. Polis-media münasibətlərinə toxunan qonaq jurnalistlərin normal və təhlükəsiz şəraitdə fəaliyyət göstərmələrinin vacibliyini xüsusilə qeyd edib, bu istiqamətdə polis orqanları tərəfindən həyata keçirilən tədbirlərdən razı qaldığını bildirib. O qeyd edib ki, ATƏT vahid bir ailədir, hər bir ailənin isə öz qayğıları, öz problemləri var: “Biz birlikdə çalışaraq bu problemləri həll etməliyik”.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Hacıqabulda saxlanılan şəxsin Bakıda motosiklet oğurluqları da aşkarlanıb
İşğala göz yuman beynəlxalq hüquq: Azərbaycan 30 ildən sonra ədaləti özü bərpa etdi - TƏHLİL
Zərgərlik məmulatlarının damğalanması ilə bağlı yeni standart hazırlanır
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
“Bank of Baku” subordinasiya borc öhdəlikləri üzrə istiqraz buraxa bilər
ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb
Mərkəzi Bank maliyyə qruplarına konsolidasiya olunmuş nəzarət edəcək
“Dövlət satınalmaları haqqında” qanunun şamil edilməyəcəyi malların əhatə dairəsi genişlənir
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
Mercedes-Benz-in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Prezident: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
Prezident TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat olub
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısı keçirilir - FOTO
Metronun “Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir - FOTO
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb
Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb
Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub
Azərbaycan əhalisinin sayı açıqlanıb
AZAL Qazaxıstanda altıncı istiqaməti-Aktöbəyə ilk reysini həyata keçirib
Zaqatalada kişi meyiti aşkarlanıb
Bəzi yerlərə yağış yağıb, duman müşahidə edilir - FAKTİKİ HAVA
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
Ağdamda açıq sahədə yanğın baş verib
Ağcabədidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - VİDEO
Neftin qiyməti 106 dollardan aşağı enib
Yexlaxda 91 yaşlı qadın eyvandan yıxılaraq ölüb
"Buker" mükafatının uzun siyahısı açıqlanıb
Bu günün valyuta məzənnələri
Yaponiya hökuməti kabinetdə dəyişikliklər ərəfəsində istefa verib
Ukrayna Yaroslavldakı NEZ-ə və Rostovdakı hərbi aerodroma zərbələr endirib
“Şərikli çörək” filminin ssenaristi, şair Alla Axundova vəfat edib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Rusiya Kiyevə zərbələr endirib, 12 nəfər yaralanıb
“Bitcoin”in qiyməti yenidən 76 min dolları ötüb
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 3
FED-in faiz qərarı fonunda ABŞ birjalarında eniş davam edib
Yəməndə hərbi əməliyyatlar 122 mindən çox insanı evindən didərgin salıb
Nepalda sel fəlakətində ölənlərin sayı 1403 nəfərə çatıb
ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib
Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib
Meloni növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını inkar edib
Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb