Bank Of Baku

Əli Əliyev: “Müxalifətin yeni birliyinin yaradılması prosesinə artıq 5 partiya qoşulub”

Əli Əliyev: “Müxalifətin yeni birliyinin yaradılması prosesinə artıq 5 partiya qoşulub”
# 13 may 2011 09:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Müxalifətin yeni birliyinin yaradılması prosesinə artıq 5 partiya qoşulub”. Bunu APA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. O bildirib ki, birliyin yaradılması ilə bağlı görüşlər davam edir, texniki məsələlərin həlli istiqamətində müzakirələr aparılır: “Hələlik siyasi qərar qəbul olunmayıb. Çalışırıq ki, situasiyanı dəyərləndirək. Bütün detallarla bağlı məsləhətləşmələrə ehtiyac var. Razılaşdırılmış öhdəlikləri nəzərdə tutan bir sənəd imzalanmalıdır”.

Razılaşdırılmış sənədin ilkin layihəsi haqda məlumat verən Ə. Əliyev deyib ki, bu qurumu indiyə qədər yaradılan birliklərdən fərqləndirən məqam münasibətlərin forması olacaq: “Ötən illərin təcrübəsi göstərir ki, hansısa qurumun daxilində münasibətlər səmimi olmadıqda və firqə maraqları önə çıxarıldıqda, birlik dağılır. “Azadlıq” bloku, Qarabağ və Respublika Uğrunda Hərəkat da bu səbəbdən fəaliyyət göstərə bilmədi. Bəzi hallarda isə kənardan müdaxilə nəticəsində fəaliyyət mümkün olmur. Bu məqamlar yeni yaradılacaq qurumda nəzərə alınacaq”. İcra mexanizmi haqda da danışan Ə. Əliyev qurumun kollegial birlik olacağını deyib: “Birgə fəaliyyəti həyata keçirmək üçün qərarlar kollegial şəkildə qəbul olunacaq. Hələlik idarəçilik mexanizmləri haqqında danışmağa tələsmirik. Siyasi qərarın qəbul olunması mərhələsindəyik”.

Ə. Əliyev onu da qeyd edib ki, İctimai Palatanın tərkibində fəaliyyət göstərən Vətəndaş Hərəkatı adlı qrupla da görüş keçirilib. Görüşdə müxalifət düşərgəsində təmsil olunan partiyaların birgə fəaliyyəti müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR